Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş yubiley turniri keçiriləcək

543

Sovet xalqının faşizm üzərində qələbəsinin 80 illiyi 1941-45

Sentyabrın 28-də Lənkəran Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçiriləcək.

Azərbaycan CüdoFederasiyası (ACF) və ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012”nin təşkilatçılığı ilə keçiriləcək yarışda 18 yaşadək yeniyetmə cüdoçular (2008-2010-cu illər təvəllüdlü oğlanlar) iştirak edəcəklər.

Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-in reqlamentinə uyğun olaraq təşkil ediləcək ənənəvi yarışda ölkəmizin 20-dən çox klubunu təmsil edən 200-ə yaxın idmançının iştirak edəcəyi gözlənilir,

Oğlanlar arasında 8 çəki dərəcəsi üzrə təşkil olunacaq turnirə sentyabrın 28-də saat 10:00-da start veriləcək. Yarışın rəsmi açılış mərasimi isə saat 16:00-da Lənkəran Olimpiya İdmana Kompleksində olacaq. Mərasimin ardınca final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarətdir.

Qeyd edək ki, “Judo Club 2012” idman klubu Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərova məxsusdur.

Xatırladaq ki, Azər Əsgərov özü də vaxtilə idmançı kimi, Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibi olub.  

 
 
 
 
 
 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın