Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Azərbaycanlıların geri qayıtması Ermənistanda demoqrafiyanın bərpasına kömək edəcək” - VİDEO

931

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın bakuinform.az informasiya portalının rəhbəri, jurnalist Larisa Cavanşir olub.

O, Azərbaycanın dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və turizm sektorları üzrə münasibətlərindən danışıb, bir çox ölkələrin Qarabağda dağıdılmış şəhər və kəndlərin bərpasında iştirak etdiyini,  Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin bərpa olunduğunu deyib.

Onun sözlərinə görə, tarixi araşdırmalarda ermənilərin etnik təmizləmə, toponim cinayətləri üzə çıxır: “Ermənilər saxta xəritələr yaradaraq, adları təhrif edərək “Böyük Ermənistan” ərazisi kimi dünyaya yayıblar. Ermənilərin milli geyimləri də onların Qafqaza aid olmadıqlarını sübut edir. Ermənilər çox uzun müddətdir saxtakarlıq edirlər. Ermənilər geyim və musiqi ilə bağlı dünya ictimaiyyətini çaşdırmağa çalışırlar”.

L.Cavanşir dünyada və bölgəmizdə siyasi-coğrafi vəziyyətdən, Amerika və Qərb ölkələrinin Ermənistanı silahlandırmasından söz açıb, Paşinyanın yeni Konstitusiya barədə anonsuna münasibət bildirib: “Ermənistanda daha bir iğtişaş baş verir, yeni himayədar axtarışları gedir. Ermənilər özlərinə böyük çuxur qazırlar və başa düşməlidirlər ki, onlar sonsuz xəyanətə yol verə bilməzlər”.

Portal rəhbəri 1-ci və 2-ci Qarabağ savaşında Azərbaycan jurnalistlərinin erməni terrorunun qurbanı olduğunu, mina müharibəsinin əsas hərbi əməliyyatlar kimi faciəli olduğunu vurğulayıb: “Ermənilər beynəlxalq tədbirlərdə özlərini çox sakit aparırlar, bu faktları dilə gətirmirlər. Təəssüf ki, Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) müharibələr zamanı ölən jurnalistlərə  heç vaxt reaksiya vermir”.

O sonda bildirib ki, bugünkü siyasi gündəlikdə Qərbi Azərbaycan mövzusu əsas priaritet təşkil edir: “Qərbi Azərbaycana qayıdışın reallığa çevrilməsi üçün aparılan siyasət doğru və haqlıdır. Qərbi Azərbaycanın yerli əhalisinin öz vətənlərinə qayıtması qanunidir. Azərbaycanlıların geri qayıtması Ermənistana öz demoqrafiyasını bərpa etməyə kömək edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın