Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

“Euronews” telekanalında Qəbələdən bəhs edən reportaj yayımlanıb

201

“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı "Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra" adlı video-reportajı yayımlayıb.

Reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir və digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur. 

Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.

Reportaj Qəbələnin təbiət mənzərələrinin nümayişi və turizm istirahət kompleksində kanat gəzintisi ilə davam edir.

Telekanal əməkdaşı turizm istirahət kompleksində yay turizmi üzrə təqdim edilən xidmətlərdən istifadə edərək təəssüratlarını izləyicilərlə bölüşür.

Ətraflı: https://bit.ly/4dBWHII

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın