Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA

31

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub.

Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.

Bildirilib ki, son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin Iğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin Iğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcək.

5 mart 2026-cı il tarixinə Bakı-Iğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):

AZAL-dan Naxçıvana reyslərlə bağlı VACİB AÇIQLAMA

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində dron hücumları həyata keçirilib. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın