Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanın 7 milyardlıq qeyri-neft ixracı: Böyük Britaniya liderdir

77

Azərbaycanın 7 milyardlıq qeyri-neft ixracı: Böyük Britaniya liderdir

2026-cı ilin 10 ayı ərzində Azərbaycan Böyük Britaniyaya 3 milyard 479 milyon 653 min ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib.

Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın ümumi qeyri-neft ixracı 7.06 milyard dollar təşkil edib. Bunun 49.3 faizi Böyük Britaniyanın payına düşüb.

Qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında Rusiya 974.1 milyon dollarla ikinci, Türkiyə isə 519.2 milyon dollarla üçüncü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft ixracının dəyəri 504.3 milyon dollar olub.

Azərbaycanın Ermənistana ixracının dəyəri 24 milyon dollara yaxınlaşdı

Bu ilin ilk 10 ayı ərzində Azərbaycan Ermənistana 23 milyon 699 min 210 ABŞ dolları dəyərində məhsul ixrac edib.

Oxu.Az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə 96 min 460 dollar təşkil edib.

Qeyd olunan aralıqda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın