"Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı Özbəkistanda ölkəmizi təmsil edib
546

Özbəkistanın qədim Səmərqənd şəhəri "MDB-nin mədəniyyət paytaxtı" statusunu qəbul edib.
Trend xəbər verir ki, 1-6 aprel tarixlərində Özbəkistanın Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış mərasimində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı da iştirak edib.
Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı böyük maraqla qarşılanıb.