Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan il ərzində Türkiyəyə 8 milyard kubmetrdən çox qaz tədarük edib

171

İl ərzində Azərbaycandan Türkiyəyə qaz tədarükü 8 milyard kubmetrdən çox təşkil edib. İllik müqayisədə ixracda 8% azalma qeydə alınıb.
Azərbaycan bu ilin doqquz ayı ərzində Türkiyəyə 8,1 milyard kubmetrdən artıq qaz ixrac edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricilərindən təxminən 8% azdır.
Sentyabr ayında Türkiyəyə ixrac 867 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin eyni ayındakı tədarük həcmindən 9,5% azdır. Azərbaycan sentyabr ayında Türkiyəyə qaz tədarük edən ölkələr arasında 32%-dən bir qədər çox payla ikinci yerdə qərarlaşıb.
"Mavi yanacağın" Türkiyəyə tədarükü Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə həyata keçirilir. Tədarük mənbəyi "Şahdəniz" yatağıdır.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın