Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

42-ci Şalyapin Beynəlxalq Opera Festivalında Azərbaycan

616

2 fevral- 1 mart 2024-cü il tarixlərində M.Calil adına Tatarstan Dövlət Akademik Opera və Balet Teatrında 42-ci Beynəlxalq Şalyapin Opera Festovalı keçirilir. Kazan Dövlət Opera Teatrının 150-liyinə həsr olunan bu ilki festivalda Rusiya, İtaliya, Azərbaycan və Belarusdan dəvət olunmuş tanınmış dirijor və solistlər yer almışdır. 

Festivalın açılış günü ilk klassik rus professional operası kimi tarixə düşən Mixail Qlinkanın “İvan Susanin” (“Çar üçün həyat”) operasının premyerası ilə tarixə həkk oldu. Tanınmış rus rejissoru Yuri Aleksandrovun quruluş verdiyi tamaşaya rəhbərlik etmək üçün dünya şöhrətli dirijor, Rusiyanın Bolşoy və Mariinski Teatrlarının direktoru Valeri Gergiev dəvət olunmuşdur. 

Premyeradan bir neçə gün sonra isə Moskvanın Bolşoy Teatrının solistləri, xoru və orkestrinin təqdimatında C.Puççinin “Bohema” operası (6-7 fevral) təqdim olunur. Festivalın  uğurlu və əlamətdar tamaşalarından biri isə 23 fevral C.Puççinin “Toska” operası oldu. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın əməkdar artisti Əyyub Quliyev rəhbərliyi və üç möhtəşəm teatr - Bolşoy, Mariinski və Belarusun Bolşoy Teatrlarının solistlərinin yer aldığı bu mühüm hadisə yerli mətbuatda xüsusi işıqlandırılır. Biletlər tamaşaya bir neçə həftə öncədən alınır və tam anşlaqla keçir.

2022-ci ildə rusiyalı rejissor Yuriy Aleksandrovun quruluş verdigi tamaşa sonda tamaşaçıların ayaqüstü alqışları ilə qarşılanmışdır. Qeyd etmək lazımdır ki, dirijor Əyyub Quliyevin Kazan Dövlət Opera Teatrı ilə əməkdaşlığı 2021-ci ilin mayında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası ilə başlayıb. Qeyd etmək lazımdır ki, bu ilki festivalın  çərçivəsində C. Rossininin “Sevilya bərbəri”, C.Verdinin “Aida”, R. Leonkavallonun “Məzhəkəçilər”, M.Musorqskinin “Boris Qodunov”, P.Çaykovskinin ”Yevgeni Onegin” və Mariinski Teatrın Gənclər Vokal Akademiyasının 29 fevral-1 mart tarixlərində gerçəkləşəcək qala konsertləri nəzərdə tutulmuşdur. 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın