Bakıda metallurgiya sənayesində istehsal artıb
Ötən il Bakıda metallurgiya sənayesində 607,2 milyon manatlıq məhsul istehsal edilib.
Trend bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 93 milyon manat, yaxud da 18,1% çoxdur. 2023-cü ildə Bakıda metallurgiya sənayesində istehsalın həcmi 514,2 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 349,3 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1 faiz artım müşahidə olunub.
2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1 faiz, armatur istehsalı 28,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı 20,4 faiz, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı isə 17,9 faiz artıb.