Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan elektron dövlət xidmətlərinin səviyyəsinə görə dünyada 11-ci yeri tutub

88

Azərbaycan BMT-nin elektron dövlət xidmətlərinin inkişafı reytinqində mövqelərini əhəmiyyətli dərəcədə gücləndirərək dünya ölkələri arasında 67-ci yerdən 11-ci yerə yüksəlib.

BMT-nin yenilənmiş reytinqinə əsasən, Azərbaycan onlayn dövlət xidmətlərinin inkişaf səviyyəsinə görə bütün dünya ölkələri arasında 11-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə Azərbaycan Böyük Britaniya, ABŞ və Kanada kimi bir sıra böyük Qərb ölkələrini geridə qoymağa müvəffəq olub.

İki il əvvəl Azərbaycan elektron dövlət xidmətlərinin inkişaf səviyyəsinə görə reytinqin 67-ci pilləsində qərarlaşmışdı.

Elektron hökumətin inkişafı indeksinə (EHİİ) görə Azərbaycan iki il ərzində 36 pillə irəliləyərək 38-ci yerdə möhkəmlənib. Daha əvvəl respublika 74-cü yeri tuturdu. Azərbaycan EHİİ-nin çox yüksək inkişaf səviyyəsinə malik ölkələr sırasındadır.

Qeyd edək ki, postsovet məkanında EHİİ üzrə ən yüksək reytinq Qazaxıstana məxsusdur. Ölkə 16-cı yeri tutur.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın