Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla tamamlayıblar

74

Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Asiya Açıq Turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Südabə Ağayeva (70 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Madina Kaisinova (+78 kiloqram) turniri gümüş medalla başa vurub.

Canpolad Əliyev, Elmar Qasımov (hər ikisi 100 kiloqram), Sübhan Axundov (+100 kiloqram) və Alina Kuqayeva (70 kiloqram) isə bürünc medala yiyələniblər.

Xatırladaq ki, yarışın ilk günündə Nazir Talıbov (66 kiloqram), Kamran Süleymanov (73 kiloqram), Fəridə Mirzəyeva (52 kiloqram) və Ülviyyə Bayramova (57 kiloqram) gümüş, Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kiloqram) və Gülnarə Bayramova (57 kiloqram) isə bürünc medal əldə etmişdilər.

Beləliklə, Azərbaycan cüdoçuları iki gün davam edən Asiya Açıq Turnirini 1 qızıl, 5 gümüş və 8 bürünc olmaqla ümumilikdə 14 medalla tamamlayıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın