Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycanlı rəssam ABŞ-də unikal nailiyyətə imza atıb

80

Azərbaycanlı rəssam Vüqar Quliyev ABŞ-də keçirilən sərgidə birinci yerə layiq görülərək unikal nailiyyətə imza atıb.

Oxu.Az-ın xəbərinə görə, onun "GHOST Forest: Number_02" rəsm əsəri "The Art League" qalereyasında təşkil olunmuş yeni sərgidə baş mükafat alıb.

ABŞ-də rəssamların 90 əl işini bir yerə toplayan sərgi avqustun 3-dək davam edəcək.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Vüqar Quliyevin "Whispering Fire" rəsm əsəri "The Art League" qalereyasında "miniMAX" adlı sərgidə də baş mükafata layiq görülmüşdü. Eyni rəssamın bu qalereyada belə qısa müddət ərzində təkrar qələbə qazanması nadir haldır.

Qeyd edək ki, bundan əvvəl Vüqar Quliyevin "Absurd Night Walk" əl işi ABŞ-nin "Arlington Artist Alliance" qalereyasında keçirilmiş sərgidə birinci yeri tutmuşdu.

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın