Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Dövlət qurumu iki milyon manatlıq tenderlər keçirdi

79

"Azərenerji" ASC müxtəlif növ elektrik və kimyəvi malların satınalınması ilə bağlı iki tenderə yekun vurub.

Oxu.Az xəbər verir ki, iki tenderin ümumilikdə məbləği 2 milyon 75 min 489 manat təşkil edir.

Elektrik malları üzrə tenderi "Electro Service" QSC qazanıb. Satınalmanın ümumi dəyəri 978 min 288.91 manatdır.

Kimyəvi maddələr üzrə tenderi isə "Aqualink" MMC qazanıb. Satınalmanın dəyəri 1 milyon 97 min 200 manat təşkil edir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın