Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AZƏRTAC Qazaxıstanda keçiriləcək “GASTHERM EXPO-2026” sərgisinin rəsmi beynəlxalq media tərəfdaşıdır

62

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 25-27 avqust tarixlərində Astanada keçiriləcək “GASTHERM EXPO – 2026” sərgisinin rəsmi beynəlxalq media tərəfdaşı olub.

“GASTHERM EXPO – 2026” tədbirinin təşkilatçıları bu barədə sərginin rəsmi “Instagram” səhifəsində məlumat veriblər.

Məlumatda qeyd edilib ki, AZƏRTAC ilə beynəlxalq tərəfdaşlıq sərginin əhatə dairəsini genişləndirəcək və “GASTHERM EXPO – 2026”nın əsas tədbirlərini beynəlxalq auditoriyaya təqdim edəcək.

“GASTHERM EXPO – 2026” Astanadakı EXPO Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək. Sərgidə sənaye və məişət avadanlıqları, texnologiyaları, habelə qaz, su, istilik sistemləri üçün xidmətlər nümayiş etdiriləcək.

Təşkilatçılar AZƏRTAC-ın Azərbaycanın rəsmi və ictimai əhəmiyyətli xəbərləri yayan, həmçinin beynəlxalq tərəfdaş şəbəkəsinə malik olan aparıcı dövlət informasiya agentliyi olduğunu vurğulayıblar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın