Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb

266

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir:

“Olimpiya Xartiyasında qeyd edilir ki, "Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir".

Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.

Polineziya, Korsika, Melaneziya, Karib və Antil adalar qrupundan olan müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkat nümayəndələrindən əldə edilmiş məlumatlara əsasən, məşğulluq sektorunda və mənzillərin əldə edilməsinə çıxışda ayrı-seçkilik, eləcə də təbii sərvətlərin istismarı və ya məsələn, Fransa Hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya halları qeydə alınıb.

Olimpiadanın ruhuna tamamilə zidd olan bir sıra halları diqqətinizə təqdim edirik:

- Müvafiq ərazilərdə fransız monopolistlərinin xeyrinə olan zəif iqtisadi inkişaf strategiyası həyata keçirilir: əhalinin həddindən artıq ərzaq asılılığı (qida məhsullarının 80 faizindən çoxu Fransadan gəlir), həyat səviyyəsinin yüksək qiyməti, yoxsulluq (Fransız Qvianasında əhalinin 50 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır) və hər cür iğtişaşlara (zorakılıq, silah və narkotik ticarəti) səbəb olan kütləvi işsizlik bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alır;

- 1989-cu il Yerli Xalqlara dair Konvensiyasının (No. 169) ratifikasiya edilməməsi (Fransız Qvianası);

- Artan təhlükə altında olan yerli dilləri arxa plana keçirən və yerli uşaqlara nə yerli tarixləri, nə coğrafiyası, nə mədəniyyətləri, nə də gələcəkləri ilə bağlı istəklərinə uyğun olmayan fransız tədris proqramlarını tətbiq edən fransız mədəniyyətinin hegemonluğunun qurulması və assimilyasiya siyasəti;

- Torpaqların zəbt edilməsi, - (Fransız Qvianası torpaqlarının 90 faizi Fransa dövlətinə məxsusdur), milyonlarla kvadratkilometr müstəsna iqtisadi zonaya (MİZ) nəzarət (Fransa sahəsi 11 milyon kvadratkilometr olan MİZ ilə dünyanın ikinci ən böyük dəniz gücüdür), on illər ərzində Fransadakı yerli xalqların gənclərinin deportasiya siyasəti Qvadelupa və Martinikdə görünməmiş demoqrafik böhrana səbəb oldu və təbii sərvətlərin talan edilməsinə böyük töhfə verdi, - təbii resurslarının talan edilməsi;

- Bütün müqaviməti cinayət hesab edən və korrupsionerləri qoruyan ikisəviyyəli müstəmləkə ədalətinin qurulması (Martinik və Qvadelupada xlordekon zəhərlənməsinə və torpaq oğurluğuna qarşı mübarizə aparan gənclərin həbsi, bu statusu və qeyri-bərabər rəftarı tanımadan siyasi məhbusları mühakimə edən korsikalılar üçün müstəsna yurisdiksiyaların tətbiqi və onların saxlanma şəraiti, Kollektiv Jistiss Matinik Assosiasiyasının prezidenti Cənab Herve Pintonun həbsi);

- Polineziyanın yenidən dekolonizasiya olunacaq ölkələr siyahısına daxil edildikdən sonra boş kreslo siyasəti;

- Yerli əhalinin Olimpiya Oyunlarında həm də öz ölkələrinin bayrağı altında çıxış etmələrindən imtina olunması;

- Müstəmləkəçi Qərb dövlətlərinin, xüsusən Hind-Sakit Okean zonasında (Polineziya, Yeni Kaledoniya), həm də Karib dənizi-Amerika zonasında və Korsikada (Solenzara bazası) müharibə hazırlığına geostrateji hərbi bazalar kimi yerli xalqların iradəsinə zidd olaraq ərazilərdən istifadə edilməsi (Qviana, Martinika, Qvadelupa);

- Numea sazişinin öhdəliyi olan dekolonizasiya prosesinə əməl edilməməsi və beləliklə, qeyri-qanuni referendumun keçirilməsi və seçicilərin genişləndirilməsi nəticəsində kanakların öz torpaqlarında azlıq halına gətirilməsi, eləcə də ölkələrindən və ailələrindən uzaqda olan CCAT (Ərazilərin Koordinasiyası Şəbəkəsi) fəallarının çoxsaylı həbsləri və deportasiyası;

Yuxarıdakıları nəzərə alaraq, ritorik və sadə suallar veririk:

XXI əsrdə “sülh və ümid anı” olan Olimpiya Oyunları xalqları özünə tabe edən bir ölkədə keçirilə bilərmi?

Olimpiya Oyunlarına ev sahibliyi edən ölkə Kanakidə azadlığa qoyulan məhdudiyyətləri aradan qaldıra, həmçinin siyasi məhbusları azad edə bilməzdimi? Onların da öz evlərində azyaşlı uşaqları ilə birlikdə bu “sülh anı”nı yaşamaq hüququ var”.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın