Azərbaycanda asfalt və beton istehsalının həcmi artıb
134

Bu ilin yanvar ayında Azərbaycanda 2,5 min ton asfalt istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 1 000 ton və ya 1,7 dəfə artıb artıb.
Eyni zamanda, cari ilin yanvar ayında Azərbaycanda 355,4 min ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni ayındakı göstərici ilə müqayisədə 17,1 min ton və ya 5% çoxdur.
Bu ilin fevalın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 5,8 min ton təşkil edib.