Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

"Barselona"dan kritik qərar

82

"Barselona" futbol klubu Avropa Super Liqası layihəsindən çıxdığını elan edib.

Oxu.Az-ın xəbərinə görə, klub bu barədə öz rəsmi saytında məlumat verib.

"Bununla "Barselona" klubu elan edir ki, bu gün "European Super League Company" şirkətini və iştirakçı klubları Avropa Super Liqası layihəsindən çıxması barədə rəsmi şəkildə məlumatlandırıb", - deyə Kataloniya klubunun açıqlamasında qeyd edilib.

Qeyd edək ki, yeni Avropa klub futbol turnirinin (Avropa Super Liqası) yaradılması barədə 2021-ci ildə qərar verilib. "Barselona" Super Liqanın 12 təsisçi üzvündən biri kimi çıxış edib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) layihəni tənqid edib, eləcə də bildirib ki, orada iştirak edən bütün klublar yerli, Avropa və digər beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılacaqlar.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın