Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Zəfər Günü Şuşada silsilə tədbirlərlə qeyd ediləcək

270

8 Noyabr - Zəfər Günü ilə bağlı Şuşada silsilə tədbirlər keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü ilə əlaqədar Bayraq meydanının qarşısından Şuşa Qalasına qədər hərbi yürüş olacaq. Tədbir çərçivəsində məktəb şagirdlərinin ifasında bayram nümayişi, həmçinin sakinlərin, uşaq, yeniyetmə və gənclərin rəsmlərindən və əl işlərindən ibarət sərgi təşkil ediləcək. Bundan əlavə, “Güllü bağ”da Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının nümayişi olacaq.

Şuşa şəhərindəki meydanda baş tutacaq konsert proqramı atəşfəşanlıqla başa çatacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın