Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Cənubi Qafqaza müsbət əməkdaşlıq üçün sülh və sabitlik lazımdır

486

Bakı. Trend:

İrəvan və Bakı arasında sülh Aİ missiyasını Ermənistandan çıxarmağa imkan verəcək.

Вu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatik Forumunda panel müzakirələrdə deyib.

"Ermənistan və Azərbaycan arasında sülh və sabitlik o demək olacaq ki, biz, nəhayət, hər üç Cənubi Qafqaz ölkəsi ilə müstəsna olaraq müsbət əməkdaşlıq gündəminə fokuslana bilərik. Həmçinin, etimadın və Aİ-nin sülhə tərəfdarlığının təmin olunması üçün yerləşdirilmiş silahsız Aİ missiyasını, nəhayət, Ermənistandan çıxara bilərik", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2023-cü il fevralın 20-də Aİ Ermənistana mülki missiya (EUMA) göndərib.

EUMA Aİ Şurası tərəfindən rəsmi olaraq 23 yanvar 2023-cü il tarixində təsis edilib. Missiyanın göndərilməsi qərarında qeyd olunduğu kimi, məqsədi Ermənistanın sərhədyanı rayonlarında stabilliyə kömək, yerlərdə əməkdaşlığın tənzimlənməsi və Aİ-nin dəstəyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə səylərə imkan yaradan şəraitin təmin edilməsindən ibarətdir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın