Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Ceyhun Bayramov: “... regionda yeni reallıq yeni perspektivlər vəd edir..."

408

Martın 15-i Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və İlia Darçiaşvili arasında 9-cu üçtərəfli görüş keçirilib.

Day.Az xəbər verir ki, görüşün əvvəlində Ceyhun Bayramov giriş nitqində müzakirə ediləcək məsələlər barədə danışıb.

Onun sözlərinə görə, tərəflər üçtərəfli regional əməkdaşlıq, regionda və dünyada baş verən və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparacaqlar, növbəti görüşün keçiriləcəyi yeri müəyyən edəcəklər və Bakı bəyannaməsini qəbul edəcəklər.

"Bizim əməkdaşlığımız regionda təhlükəsizliyin cə sabitliyin təmin edilməsi baxımından böyük rol oynayır. Azərbaycan, Gürcüstan və Türkiyə etibarlı tərəfdaşlardırlar. Bundan əlavə, son illərdə regionda baş verən tarixi dəyişikliklər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etməsinin nəticəsidir", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, regiondakı yeni reallıq regionun bütün potensialının istifadə edilməsi baxımından yeni perspektivlər vəd edir.

Nazirin çıxışından sonra görüş mətbuata qapalı şəkildə davam edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın