Azərbaycan iqtisadiyyatı: 2024-cü ilin yanvar-sentyabr aylarında ümumi məhsulun istehsalının nəticələri
733
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9%, qeyri neft-qaz sektorunda isə 7,1% artıb.
ÜDM istehsalının 37,1%-i sənaye, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 19,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 103 manat olub.