Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İrandan təxliyə olunan daha 39 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib

51

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti mərhələdə 39 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxslər sərhəd-buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.

Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın