Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

26

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aprelin 4-də 10 yük avtomobili (TIR) vasitəsilə Bakıdan yola salınan növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən İran İslam Respublikasına keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

Qeyd edək ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın