Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Paytaxta rəng qatan yaxalıqlı tutuquşular: Bakı parklarında yeni mənzərə - FOTOREPORTAJ

171

Son günlər Bakının Filarmoniya bağı və Dənizkənarı Milli Park ərazisində müşahidə olunan yaşıl tutuquşular şəhər sakinlərinin və turistlərin diqqətini cəlb edib.

Oxu.Az Photostock.az-a istinadən xəbər verir ki, ağacların budaqları arasında sərbəst hərəkət edən, cüt-cüt uçan və yuva qutularının ətrafında görünən quşlar paytaxtın mərkəzində fərqli mənzərə yaradıb.

Şəhər sakinlərinin sözlərinə görə, son aylarda bu quşlara daha tez-tez rast gəlinir.

Xüsusilə səhər və axşam saatlarında onların ağaclar arasında uçuşu və yüksək səsləri maraqla qarşılanır.

Filarmoniya bağı və Dənizkənarı Milli Parkda müşahidə olunan tutuquşular Bakının şəhər faunasına yeni rəng qatan canlılardan biri kimi diqqət çəkir.

Onların sayının artıb-artmadığı və gələcəkdə bu ərazilərdə daimi populyasiya formalaşdırıb-formalaşdırmayacağı isə yalnız uzunmüddətli müşahidələrdən sonra məlum olacaq.

Filarmoniya bağı və Dənizkənarı Milli Parkda məskunlaşan yaxalıqlı tutuquşularla olan fotoreportajı təqdim edirik:

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın