Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

İlon Mask robotaksi və sürücüsüz mikroavtobusu təqdim edib

109

Amerikalı sahibkar İlon Mask sükanı və ya pedalı olmayan ikiqapılı robotaksi “Cybercab” və sürücüsüz mikroavtobus “Robovan”ı nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, İlon Maskın sözlərinə görə, “Cybercab”ın istehsalına 2026-cı ildə başlanacaq və onun qiyməti 30 min dollardan aşağı olacaq. “Reuters” agentliyi xəbər verir ki, onun qət edəcəyi yolun hər mili 20 sentə başa gələcək və şarjı induktiv olacaq.

Sahibkar qeyd edib ki, robotaksi süni intellekt vasitəsilə idarə olunur. İnvestorlar və analitiklər bu yanaşmanı həm texniki, həm də tənzimləmə baxımından mürəkkəb hesab ediblər.

Mask, həmçinin 20 nəfər sərnişini daşıya bilən daha böyük “Robovan” adlı sürücüsüz avtomobili nümayiş etdirib və “Tesla”nın insanabənzər robotu “Optimus” təqdim edib.

Milyarderin planı sərnişinlərin bir proqram vasitəsilə zəng edə biləcəyi sürücüsüz “Tesla” taksilərindən ibarət parkı idarə etməkdir. Ayrı-ayrı “Tesla” sahibləri də öz avtomobillərini robotaksi kimi siyahıya salmaqla proqramda pul qazana biləcəklər.

İnvestorlar “Tesla”nın robotaksi istehsalını nə qədər sürətlə artıra biləcəyi, tənzimləyicilərin təsdiqini qazanması və “Alphabet” kimi rəqibləri məğlub etmək üçün güclü biznes planını həyata keçirməsi barədə konkret təfərrüatları gözləyirlər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın