Prezident İlham Əliyev Münhendə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Kaja Kallasın ötən il Azərbaycana səfəri və dövlət başçısı ilə görüşü xoş xatirələrlə xatırlanıb.
Görüşdə Avropa İttifaqının Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulandı.
Onlar Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda uğurlu əməkdaşlığı vurğuladılar və bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi əhəmiyyətli töhfələrə toxundular.
Onlar vurğuladılar ki, enerji sektorundan əlavə, Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb.


