Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Türkiyə-Azərbaycan qardaşlığının diplomatik təməlinin 34-cü ildönümüdür

64

Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 34 il ötür. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi buna dair təbrik mesajı dərc edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə səfirlik rəsmi "X" hesabında açıqlama yayıb.

 

 

"Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 34-cü ildönümü mübarək olsun. 14 yanvar 1992-ci il tarixində "Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin bərpası haqqında Protokol"un imzalanması ilə ölkələrimiz arasında qurulan diplomatik münasibətlər "İki dövlət, bir millət" anlayışı ilə bu gün strateji müttəfiqlik və qardaşlıq əsasında bütün sahələrdə daha da möhkəmlənərək davam edir.

Qarşılıqlı hörmət, etimad və ortaq tarix hissi ilə formalaşan bu güclü əlaqələr regionumuzda sülhə, istiqrara və rifaha töhfə verməyə davam edəcək", - deyə paylaşımda bildirilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın