Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

529


Bu gün, mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal
rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın
oxucusu, gənc rəssam Almaz İdrisovanın fərdi rəsm sərgisi açıldı. Sərgi 28
May – Müstəqilliyin Bərpası Gününə həsr olunub.
Sərgidə rəssamın “Xocalıya ədalət” kampaniyası çərçivəsində çəkdiyi
“Kölgədə qalan xəyallar” pannosu nümayiş olunur. Panno İstanbul, Ankara,
Tiflis və s. şəhərlərdə keçirilən bir çox Beynəlxalq, habelə respublikada
keçirilən sərgilərdə nümayiş olunub. Rəssamın digər rəsm əsəri “Şəhid
Samir Kaçayevin xatirəsinə” adlanır.
Sərgidə “Melodiya”, “İpək yolu”, “Payız qızı”, “Yuxu“, “Atəş və su”,
“Frida Kalo və mən” (Frida Kalo meksikalı rəssamdır) adlı rəsmlər nümayiş
olunur. Rəsmlər kətan üzərində yağlı boya ilə işlənilib.
Rəssam Almaz İdrisova 246 saylı tam orta məktəb-liseyi bitirib. 2016-
cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət
fakültəsinin Qrafika ixtisasına qəbul olunub. Hal-hazırda Təsviri sənət və
Sənətşunaslıq fakültəsinin Sənətşunaslıq ixtisasının magistratura pilləsində
təhsil alır. Rəssam 100-ə yaxın sərgi və müsabiqələrdə iştirak edib. O,
şəxsi emalatxanasında tələbələrə rəssamlıq sənətinin sirrlərini öyrədir.
Rəssam A.İdrisovanın kitabxanadakı fərdi rəsm sərgisi bir ay davam
edəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın