Azərbaycan və Qazaxıstan regional inteqrasiyanın lokomotivləridir - Alim Bayel
Azərbaycan və Qazaxıstan regional inteqrasiyanın lokomotivləridir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.
"Azərbaycan və Qazaxıstan strateji tərəfdaşdırlar. Ölkələr bütün sahələrdə, o cümlədən nəqliyyat, logistika, investisiya və müdafiə sahələrində əməkdaşlıq edirlər. Bu yaxınlarda Qazaxıstanda təlimlər keçirildi, burada ev sahibi ölkədən sonra ən böyük hərbi kontingent Azərbaycandan idi. Azərbaycan və Qazaxıstan təkcə bizim üçün deyil, həm də region üçün vacib olan iri layihələri reallaşdırır. Ölkələrimiz regional inteqrasiyanın lokomotivləridir", - deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, iki ölkə Azərbaycan ərazisi vasitəsilə Qazaxıstandan "yaşıl" enerjinin ixracına başlamağı planlaşdırırlar.