Lerik sakini Bakıdakı Şəhidlər Xiyabanına piyada yürüşə çıxıb
67

Oxu.Az xəbər verir ki, rayonun Durğan kənd sakini, 66 yaşlı Əligülla Əbülfətov yaşadığı kənddən Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət etmək üçün piyada yürüşə başlayıb.
Onun sabah səhər saatlarında Şəhidlər Xiyabanına çatacağı gözlənilir.
Qeyd edək ki, yaşadığı kənddən xiyabana olan məsafə 360 kilometrdir və artıq o, 4 gündür ki, yoldadır.