Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub
129
8 Noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə Tərtər şəhərində bayram konserti təşkil olunub. Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, əsgər və zabitlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl Ulu Öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət edilib.
Heydər Əliyev adına parkda keçirilən bayram konsertində tanınmış müğənnilərin ifasında səslənən bir-birindən rəngarəng vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.


