Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Kosmik Texnologiyalar üzrə STC2026 konfransı Özbəkistanda keçiriləcək

63

Kosmik texnologiyalar üzrə STC2026 konfransı Özbəkistanda keçiriləcək.

Trend xəbər verir ki, bunu “UzSpace” agentliyinin direktor müavini Muhiddin İbrahimov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar üzrə Konfransda (Space Technology Conference, STC2025) etdiyi çıxış zamanı bildirib.

"Konfrans Özbəkistanın Kosmik Agentliyi tərəfindən təşkil olunacaq. Bu önəmli regional dialoqu davam etdirmək üçün sizin hər birinizi gələn il bizim tədbirə qatılmağa dəvət edirik",-deyə o bildirib.

Onu sözlərinə görə, STC2026 həm də Özbəkistanın kosmik sektorunda gedən yüksək templi inkişafla əyani şəkildə tanış olmaq, əməkdaşlıq üçün yeni perspektivləri araşdırmaq, habelə innovasiyalar ruhunu duymaq baxımından unikal imkan yaradacaq.

İbrahimov eyni zamanda, Özbəkistanın 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinin (IAC) Səmərqənddə keçirilməsi üçün rəsmi qaydada ərizə təqdim edəcəyini diqqətə çatdırıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın