Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

AzTU-da COP29 çərçivəsində keçirilən beynəlxalq konfransda Nobel sülh mükafatı laureatları iştirak edir

333

Azərbaycan Texniki Universitetində (AzTU) COP29 çərçivəsində RİSK 2024 “İqlim Dəyişikliklərinin Təbii və Texnoloji Risklərinin Minimumlaşdırılmasında İnnovasiyalar: Metodologiya və Təcrübə” adlı 6-cı Avrasiya Konfransı keçirilir. Konfransda Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, eləcə də dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın alim iştirak edir.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu çərçivədə keçirilən tətbirlərdə müzakirə olunan məsələlərin önəmindən danışıb. Rektor BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə olaraq AzTU-nun “Dayanıqlı Universitet” kontekstində yeni layihənin icrasına başlayacağını bildirib.

Qeyd edib ki, bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihə AzTU-nun bir hektar ərazidə yaradacağı Yaşıl Texnologiya Parkının yaşıl enerji ilə təmin olunmasına aiddir. Sözügedən Parkın ərzasizindəki tikililərin damında ümumi gücü 1,5 meqavat olan günəş panelləri quraşdırılacaq. Panellər elektrik enerjisi istehsal etməklə yanaşı, təbii işıqlandırmaya imkan verən pəncərə rolunu da oyanacaq. Layihənin həyata keçməsi ilə AzTU avtonom olaraq öz kampusunun ehtiyaclarını yaşıl enerji ilə təmin etməklə yanaşı, ətrafdakı obyektləri da enerji ilə təchiz edəcək.

Daha sonra çıxış edən Nobel sülh mükafatı laureatları professor Sviatoslav Timashev və professor Elena Nikitina, İstanbul Texniki Universitetinin professoru Ahmet Duran Şahin, konfransın sədri, konfransın əsas təşkilatçısı və sponsoru olan “AMIR Technical Services” beynəlxalq şirkətinin direktoru, professor Vüqar Əliyev burada müzakirə olunacaq məsələlərin iqlim dəyişiklikləri ilə bağlı risklərin aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər. Tədbirdə konfransın ABŞ-dan olan  həmsədri, Ketterinq Universitetinin professoru Boyan Dmitrovun video-müraciəti yayımlanıb.

2 gün davam edəcək konfrans işini bölmə iclasları ilə davam etdirir.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın