İdxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz üzrə aksiz azadolmasının müddəti 2027-ci ilədək artırılıb.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.
O, zərgərlik məmulatları ilə bağlı ƏDV güzəştləri barədə bunları qeyd edib:
"Zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə dəzgahların, avadanlıqların və qurğuların idxalı ilə bağlı ƏDV azadolmasının müddəti 2027-ci ilədək artırılıb. Bu sahəyə göstərilən ciddi dəstək kimi 2021-ci ildən külçə, sikkə və ya qranul şəklində qızılın və gümüşün satışı ƏDV-dən azad edilib".