Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Marko Rubio Hakan Fidan ilə Cənubi Qafqazda sülhü dəstəkləmək üçün birgə səyləri müzakirə edib

148

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

Bildirilib ki, görüş zamanı ABŞ-Türkiyə münasibətləri, regiondakı ortaq maraqlar və artan ikitərəfli ticarəti daha da gücləndirmək yolları müzakirə edilib.

Görüşdə ABŞ, Türkiyə və ya region üçün təhlükə olmayan sabit və vahid Suriyanı dəstəkləmək üçün yaxın əməkdaşlığa ehtiyac olduğunu vurğulanıb. Elecə də Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyi, Cənubi Qafqazda ədalətli və davamlı sülhü dəstəkləmək üçün birgə səylər və Ukrayna böhranına son qoymaq kimi ümumi məqsədlər qeyd edilib.

 
Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın