“Mehriban Əliyeva: Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin rəmzi”
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucular” layihəsi uğurla həyata keçirilir. Mərkəzi Kitabxananın Fəxri oxucusu, M.V.Lomonosov adına Şimali Arktika Federal Universitetinin professoru, fəlsəfə elmləri doktoru Mixail Opyonkov və Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, AJB-nin üzvü Lətifə Məmmədova ilə birgə yazdıqları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın yubileyinə həsr olunmuş məqaləni oxucuların diqqətinə çatdırırıq.
Məqalədə Mehriban xanım Əliyevanın siyasi, xeyriyyəçilik, təhsil və mədəni fəaliyyətinin genişliyi və çoxşaxəliliyi aydın şəkildə vurğulanır. Müəlliflər qeyd edirlər ki, milli mədəniyyətin inkişafına dərin qayğı göstərən Mehriban xanım Azərbaycan mədəniyyətinin təcəssümü və simvoludur. M.Əliyevanın Qərbin rəqəmsal təfəkkürü ilə milli ənənənin gücü arasında “qızıl orta” tapdığı da deyilir. Burada oxucuya Mehriban xanımın həyatının əsas etik prinsipi təqdim olunur: “Heç vaxt, heç bir halda ləyaqətinizi itirməyin, öz vicdanınızla sövdələşməyə getməyin. Özünüzlə barışdığınız zaman həyat daha asan olar. Biz yaxşı başlanğıcların mənbəyi olmağa çalışmalıyıq. Biz daha çox yaxşı işlər görməyə çalışmalıyıq”.
Məqalə aşağıdakı keçidlərdə yerləşdirilib:
https://drive.google.com/file/d/12bAahDG_AzKkOOBj3_9NvHeHHDRNTi-X/view