Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Xarici səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib

266

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prossesini izləyib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmziləmə işləri ilə tanış olublar. Bundan sonra dünya səyyahları ərazidən aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatına şahid olublar.

Mütəxəssislər məlumat üçün bildirib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsi ilə olmaqla üç üsulla aparılır.

Beləliklə beynəlxalq səyyahların Qarabağ və şərqi Zəngəzura səfəri başa çatıb.

11:46

Füzuli. Trend:

Xəbər verdiyimiz kimi, beynəlxalq səyyahlar Cəbrayıl rayonunundan sonra Füzuli rayonuna səfər ediblər.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub.

Onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.

09:17

Cəbrayıl. Trend:

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdə aşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.

Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın