Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək
69

Bu ilin may ayında Bakıda Beynəlxalq Xalça Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-İspaniya biznes forumunda deyib.
O bildirib ki, “Azərxalça” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunan tədbirdə xalçaçılıq üzrə beynəlxalq forum, ustad dərsləri, canlı nümayişlər və “Made in Azerbaijan” brendi altında nadir xalçaların sərgisi olacaq.