Maliyyə Nazirliyi büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi” ni hazırlayıb
36
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilk dəfə olaraq 2025-ci ilin dövlət və icmal büdcələrinin icrasını əks etdirən “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb. Beynəlxalq fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş bu nəşrdə dövlət vəsaitlərinin formalaşması və xərclənməsi istiqamətləri, həmçinin maliyyə idarəçiliyi sahəsində həyata keçirilən islahatlar sadə və anlaşılan formada təqdim olunub.
Sənədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi saytında tanış ola bilərsiniz.
https://www.maliyye.gov.az/news/6578/maliyye-nazirliyi-budcenin-icrasina-dair-vetendasin-budce-beledcisi-ni-hazirlayib


