Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bankla əməkdaşlığın inkişafı və COP29-a hazırlıq çərçivəsində görülən işlər müzakirə olunub

635

Azərbaycan İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bankla əməkdaşlığın inkişafı və COP29-a hazırlıq çərçivəsində görülən işlər müzakirə olunub.

Oxu.Az bu barədə nazirliyə istinadən xəbər verir. Müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun EBRD-nin İqlim Strategiyası və Çatdırılması Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə keçirtdiyi görüşdə baş tutub.

M. Cabbarov Azərbaycanın EBRD ilə uğurlu əməkdaşlıq etdiyini və bankla əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Bildirilib ki, EBRD ilə birgə həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir. COP29-un Azərbaycanda keçirilməsi bankla qlobal iqlim strategiyası üzrə əməkdaşlığın inkişafına stimul verir.

EBRD nümayəndələri bankın Azərbaycanla səmərəli tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd ediblər. Azərbaycanda “yaşıl” enerjiyə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində həyata keçirilən layihələrin qurum tərəfindən dəstəkləndiyi qeyd edilib.

Görüşdə ölkəmizn ev sahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi müzakirə olunub.

16:48

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə görüşüb.

Bu barədə o “X” hesabında paylaşım edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın