Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

COP29 komandası formalaşıb - Muxtar Babayev

248

COP29 komandası formalaşıb. Burada təcrübəli həmkarlar işə başlayıb. Trend xəbər verir ki, bu barədə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“O ki qaldı SOCAR-da fəaliyyətlə bağlı, bu gün bizim hədəflərimiz var və SOCAR-da olan təcrübə bu hədəflər üçün yardımçı ola bilər”,- deyə o qeyd edib.Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın