Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Yasamalda kanalizasiya xətti DAŞDI

89

"Yasamal rayonunun Abdulla Şaiq küçəsində yağış sularının şəbəkələr vasitəsilə maneəsiz daşınması istiqamətində qəza briqadası müvafiq işləri icra edir".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib.

"Hava şəraiti ilə əlaqədar şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri rayonlar üzrə sukanal idarələrinin işçi heyəti tərəfindən müntəzəm həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, mövcud olan digər mexaniki avadanlıqlar tənzimlənir", - deyə məlumatda bildirilir.

Hazırda Bakıda müşahidə olunan güclü yağış səbəbindən bir çox küçələrdə hərəkət problemi yaşanır.

Oxu.Az xəbər verir ki, Yasamal rayonunun Abdulla Şaiq küçəsində kanalizasiya xəttinin tıxanması səbəbindən yolda hərəkət çətinləşib.

 

 

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın