COP29-da su, enerji, ərzaq və ekosistemlər üzrə regional əməkdaşlıq müzakirə olunub
Bu gün COP29 Sədrliyi Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ilə birgə əməkdaşlıq çərçivəsində “Su, enerji, ərzaq və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsi ilə iqlim fəaliyyətinin sürətlənməsi” mövzusunda panel Masa təşkil edib.
APA-nın xəbərinə görə, tədbirin moderatoru keçmiş Səfir və Kosta-Rikanın Keniyadakı daimi nümayəndəsi Giovanna Valverde Stark olub.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umarya Tağıyeva deyib ki, əsas problemlərdən biri su çatışmazlığıdır: “Ekosistem üçün su həyati vacib elementdir. Mən bir daha hamını su və ərzaqla bağlı əməkdaşlığa davam edirəm”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Qutu hazırda dünyada 730 milyon insanın aclıqla üz-üzə olduğunu söyləyib: “Biz ərzaq istehsalını hazırkı səviyyədən 2 dəfə artırmalıyıq ki, aclıqla mübarizə apara bilək. Biz daha enerji effektivliyi əsasında dünyamızı qurmalıyıq”.
BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin dünyada artıq gözlənilməz iqlim böhranların baş verdiyini söyləyib: “Su resursları üçün getdikcə artan rəqabət var. Meşələrin salınması, sudan səmərəli istifadəni gücləndirməliyik. Su qlobal davranışlarda əsas rollardan birini oynayır. Su resursları ilə əlaqədar həmsərhəd ölkələrin əməkdaşlıq gücləndirilməlidir.”.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Ekosistemlər Departamentinin Direktor müavini Bruno Pozzi qeyd edib ki, su mənbələri qorunmalıdır, bunun üçün investisiya qoyulmalıdır: “Bataqlıqlar, çaylar, göllər qorunmalıdır. Bu sahədə əməkdaşlıq önəmlidir. Biz bununla iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlılığa nail ola bilərik. Biz birlikdə güclüyük”.
Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, su və kriosfer üzrə direktoru Stefan Uhlenbrook hesab edir ki, su məlumatları əsasında yol xəritəsi müəyyənləşməlidir: “Ancaq bəzi ölkələr bunu paylaşmaş istəmir. Ancaq məlumatların paylaşılması atılacaq addımlar üçün vacibdir. Məlumatların paylaşılması həll yollarını tapmağa kömək edir. Dayanıqlı iqlim fəaliyyəti üçün birgə əməkdaşlıq çox əhəmiyyətlidir”.
Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət katibi Claudia Müller Farliamentar su resurslarından səmərəli istifad edilməli olduğunu vurğulayıb, bu sahədə Almaniya və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşlığı ilə keçirilən layihələrdən söz açıb.
Yaşıl İnkişaf Fondunun (GCF) Çoxtərəfli iİdarəetmə üzrə baş mütəxəssisi Əlişir Məmədcanov Azərbaycanda ilkin xəbərdarlıq sistemi ilə bağlı layihə həyata keçiriləcəyini nəzərə çatdırıb: “Yaşıl İnkişaf Fondu tanssərhəd əməkdaşlığa da dəstək verə bilər, biz bununla bağlı maliyyə ayırmağa hazırıq”.
Qazaxıstanın Su Təsərrüfatı və Su Təsərrüfatı Nazirliyinin Su Təsərrüfatı Komitəsinin rəhbəri Arsen Jakanbayev tədbirin təşkili sahəsində Azərbaycanın səylərini yüksək qiymətləndirib: “Hazırda su qıtlığı, suların çirklənməsi müşahidə olunmalıdır. 2030-cu ilə qədər Mərkəzi Asiya ölkələrində havanın temperatr 1,7-1,9 dərəcə arta bilər. Su problemi kənd təsərrüfatı və heyvandarlığa ciddi ziyan vurmaqdadır. Su ruesrslarının yarıdan çoxu Qazaxıstana kənar ölkələrdən gəlir. Buna görə də tranessərhəd əməkudaşlıq bizim üçün zəruridir. Qazaxıstanda suvarma sahəsində bir sıra layihələr, o cümlədən çay yataqlarının bərpası həyata keçirilir. Qazaxıstan transsərhəd su resursları ilə əlaqədar Helsinki Konvensiyasına qoşulub. İnanıram ki, bu müzakirələr su çatışmazlığından əziyyət çəkən ölkələr üçün faydalı olacaq”.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev iqlim dəyişikliyinin su ilə ilə bağlı problemlərə gətirib çıxardığını söyləyib: “Biz qonşu ölkələrlə əməkdaşlıq edirik. Araz çayı ilə bağlı İranla, Samux çayı ilə bağlı Rusiyayla, Gürcüstanda Kür, Alazan-Qanıx çayları ilə bağlı əməkdaşlıq edirik. Alazan-Qanıx çayında monitorinqlər zamanı müəyyən problemlər aşkarladıq. Kür çayı ilə bağlı da müəyyən problemlər üzə çıxıb. Biz qonşularla erkən xəbərdarlıq sistemi, məlumatın paylaşılması üçün əməkdaşlıq etmək istəyirik. Bu yaxınlarda Azərbaycan Prezidenti Milli Su Strategiyasını təsdiqlədi. İqlim dəyişikliyi nəticəsində Azərbaycanın da su resursları 20-30 faiz azalıb. Biz Qanıx hövzəsində Gürcüstanla birlikdə adaptasiya planları hazırlamaq istəyirik. Hər iki ölkə bu sahədə nətiyyətlidir. Beynəlxalq qurumların da bu sahədə dəstəyi önəmlidir. Biz Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyirik”.
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühit və İqlim Dəyişikliyi Departamenti Baş Siyasət Məsləhətçisi Nika Qoqatişvili Alazan-Qanıx hövzəsində 10 il əvvəl monitorinq aparıldığını nəzərə çatdırıb: “Bu sahədə Azərbaycanla əməkdaşlıq səmərəli oldu. Su resursları ilə bağlı qanunvericiliyimizdə də müəyyən dəyişikliklər oldu. Gürcüstan su resurslarının idarə edilməsi ilə bağlı keçən il yeni qanun da qəbul edib. Gürcüstan su resursları ilə əlaqədar Azərbaycanla əməkdaşlığa hazırdır”.
Braziliyanın Sağlam Qidalanma, İnkişaf və Sosial Yardım Nazirliyinin nümayəndəsi Gisele Bortolini ölkəsində adaptasiya planlarının hazırlandığını söyləyib.
Panel müzakirələrlə davam edib.