Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan səmasının keşikçiləri – FOTOLAR

50

 Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub

 Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə və bacarıqla gəlib.

Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram əhvali-ruhiyyəsi yaradıb.

 

 

***

 Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) yaradılmasının 107-ci ildönümü qeyd olunur. Ölkənin hava məkanının qorunması, strateji və operativ tapşırıqların icrası məqsədilə formalaşdırılan HHQ Azərbaycan Ordusunun ən mühüm tərkib hissələrindən biridir.

Hərbi Hava Qüvvələri aviasiya bölmələri, hava hücumundan müdafiə vasitələri, radar sistemləri və digər yardımçı strukturları özündə birləşdirir. Maddi-texniki imkanlar baxımından Azərbaycan HHQ-ləri Cənubi Qafqaz regionunda öncül mövqelərdən birini tutur. Azərbaycan pilotları MDB məkanında ən çox uçuş həyata keçirən pilotlar sırasında yer alır.

Son illər ərzində aparılan islahatlar, həmçinin beynəlxalq əməkdaşlıq HHQ-nin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına şərait yaradıb. Gələcək dövrdə qüvvələrin daha da modernləşdirilməsi, yerli istehsal imkanlarının genişləndirilməsi və yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində və digər əməliyyatlarda göstərdiyi yüksək peşəkarlığı bundan sonra da davam etdirməyə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin istənilən döyüş əmrini hər an yerinə yetirməyə hazırdır.

AZƏRTAC-ın fotoqrafının Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə bağlı çəkdiyi fotoları təqdim edirik.

 

 

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın