700 bal toplayan abituriyent yalnız bir ixtisas seçimi etdi
66
IV ixtisas qrupu üzrə maksimum nəticə — 700 bal göstərən Samir Tağızadə Azərbaycan Tibb Universitetinin tədrisi ingilis dilində olan «Mədəniyyət» (Müalicə işi) ixtisasına qəbul olunub.
«Qafqazinfo»nun məlumatına görə, o, sənədlərini yalnız bir ixtisasa təqdim etdiyini və məhz bura qəbul olunduğunu bildirib.
Qeyd edək ki, yeni tələbə Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyanın məzunudur.
Ötən il S.Tağızadə İctimai Televiziyanın (İTV) efirində yayımlanan «Əlaçı» intellektual telelayihəsinin qalibi olub.


