Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Soydaşlarımız Aİ-nin Tbilisidəki ofisi qarşısında etiraz aksiyası keçiriblər

859

Gürcüstanın paytaxtında "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə "Ayrıseçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsəndirilib.

"Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞ PA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib.

Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın