Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir - Siyahı
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi "Formula-1" trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Hökumət Evində yerləşən nazirliklər:
Energetika Nazirliyi
İqtisadiyyat Nazirliyi
Mədəniyyət Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi
Komitələr və digər qurumlar:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı
Əqli Mülkiyyət Agentliyi
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC (və ya tabeliyindəki Regional Su Meliorasiya Xidməti)


