Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Xəbərlər2026. Azeri Light markalı xam neftin qiyməti qalxdı

51

Almaniya Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Almaniyaya 154 min 729,96 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 65 milyon 258,73 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin iki ayı ilə müqayisədə 3,2 dəfədəyəri isə 4,2 dəfə azdır.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 4,3 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları olan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.

"INPEX" Qazaxıstanda və Azərbaycanda hasil etdiyi nefti Yaponiyaya yönləndirəcək

Yaponiyanın "INPEX" şirkəti onun iştirakı ilə Qazaxıstanda və Azərbaycanda hasil olunan neftin satışında Yaponiya şirkətlərinə üstünlük verməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Yomiuri" nəşri yazır.

Qeyd olunur ki, Hörmüz boğazının blokadası səbəbindən neft tədarükünün sabitliyi ilə bağlı narahatlıqlar artır və şirkət Yaponiya üçün tədarük mənbələrini şaxələndirməyə ümid edir. Hazırda Yaponiya neftə olan tələbatının 90 %-dən çoxunu Yaxın Şərq ölkələrindən tədarük hesabına ödəyir.

"INPEX" Qazaxıstanın "Kaşağan" və Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında pay sahibdir. İndiyədək şirkət bu yataqlardan hasil olunan nefti spot tədarüklər çərçivəsində əsasən Avropaya yönləndirirdi. Lakin Yaxın Şərqdəki böhran və Yaponiya bazarında neft çatışmazlığı təhlükəsi səbəbindən şirkət spot tədarüklərin bir hissəsini Yaponiya bazarına yönləndirməyi qərara alıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın