Bölgələrdə baş verən yanğınlar haqqında: Ağdam, Ağdərə və Füzuli rayonları

Füzuli rayonunda başlayan YANĞIN Xocavənddə meşə massivinə keçdi
Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Xocavənd rayonu Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarının yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb ediliblər.
Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Ağdam və Ağdərə rayonlarında GÜCLÜ YANĞIN nəzarətə götürüldü
Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Ağdam və Ağdərə ərazisində baş verən yanğın davam edir.
Oxu.Az-ın məlumatına görə, mürəkkəb coğrafi relyef yanğının söndürülməsini çətinləşdirir.
Məlumata əsasən, yanğının əhatə etdiyi kəndlərin sayı artıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri sözügedən ərazilərdə fasiləsiz iş aparırlar.
Məhərrəm Əliyev
Ağdam və Ağdərə rayonları ərazisində baş verən yanğınlar davam edir. Bir çox hissələrdə yanğının qarşısı alınsa da, mürəkkəb coğrafi relyefdə baş verən yanğınlar hələ də alovlanır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, əraziyə Ağdamla yanaşı, Xocalı və Ağdərə rayonlarından yanğınsöndürmə briqadaları, texnika və şəxsi heyət cəlb olunub.
Yanğın həmin rayonlarda bir neçə kəndi əhatə edib.
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə doğru irəliləyib.
Hazırda yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdamdan iki yanğınsöndürən maşını və işçi qüvvələri, Xocalı və Ağdərədən hər birindən bir maşın və işçi qüvvə cəlb olunub.
Yanğın baş verən ərazilərdə ardıcıl olaraq üç dəfə mina partlayışı baş verib. Ərazinin dağlıq relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Həmin görüntüləri təqdim edirik: