Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycan və Böyük Britaniya data mərkəzlərinə investisiyaları müzakirə ediblər

52

 

 Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Böyük Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüşdə baş tutub.

"Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.

R. Nəbiyev həmçinin Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı ətrafında fikir mübadiləsi aparıldığını bildirib.

 

 Azərbaycan və "Dell Technologies" məlumat infrastrukturu üzrə əməkdaşlığı müzakirə ediblər

 Azərbaycan və ABŞ-nin "Dell Technologies" şirkəti arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Böyük Britaniyaya səfər çərçivəsində şirkətin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşdə baş tutub.

R.Nəbiyev həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

 

 

 Azərbaycan ABŞ şirkəti ilə süni intellektin tətbiqi üzrə əməkdaşlığı müzakirə edib

 Azərbaycan və ABŞ-nin "ScaleAI" şirkəti arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr nazirin Böyük Britaniyaya səfəri çərçivəsində şirkətin nümayəndələri ilə görüşdə baş tutub.

R. Nəbiyev həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın